Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberer.com” saytına istinadən xəbər verir ki, qəza Sakaryada baş verib.
Qəza zamanı minik avtomobili arxadan TIR-a çırpılıb. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 1 nəfərin yaralanmasına səbəb olub. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
