Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kahramanmaraşda baş verib.
Qəza zamanı minik avtomobili aşıb. Hadisə zamanı sürücü ölüb. Qəza zamanı sürücünün xanımı yaralanıb. O xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
