Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Ağrıda baş verib.
Qəza zamanı minik avtomobili iki piyada qadını vurub. Qəza zamanı qadınlardan biri ölüb.Qəza qadınlardan birinin yaralanmasına səbəb olub. Yaralı qadın dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
