Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Sakaryada baş verib.
Qəza zamanı idarəetməni itirən sürücü avtomobili əvvəlcə işıq dirəyinə, daha sonra isə ağaca çırpıb. Hadisə zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
