Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Kahramanmaraşda baş verib.
Hadisə zamanı minik avtomobili motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Minik avtomobilinin sürücüsü qəzanın baş verdiyi ərazidən qaçmağa nail olub. Qəzanın baş vermə anı təhlükəsizlik kamreralarında qeydə alınıb. Polis onun axtarşına və qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
