Türkiyədə yol qəzası baş verib.Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Diyarbakırda baş verib.
Qəza zamanı minik avtomobili piyadanı vurub. Hadisə zamanı piyada yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Sürücü isə polis tərəfindən saxlanılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Hadisənin baş vermə anı təhlükəsizlik kameralarında qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.
//Nəzər.Media
