Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Niğdədə baş verib.
Qəza zamanı minik avtomobili TIR-a çırpılıb. Hadisə zamanı 3 nəfər ölüb. Ölənlərdən ikisi azyaşlıdır. Qəza 1 nəfərin yaralanmasına səbəb olub. Qəza zamanı yaralanan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırıdır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
