Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza İstanbulda baş verib.
Qəza zamanı minik avtomobili parklanmış vəziyyətdə olan TIR-a çırpılıb. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 4 nəfərin yaralanmasına səbəb olub. Qəza zamanı yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.\
//Nəzər.Media
