Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Malatyada baş verib.
Qəza zamanı minik avtomobili və traktor toqquşub. Hadisə zamanı 6 yaşlı uşaq ölüb. Qəza 4 nəfərin yaralanmasına səbəb olub yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
