Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Ankarada baş verib.
Qəza zamanı işçiləri daşıyan servis mikroavtobusu və minik avtomobili toqquşub. Hadisə 1 nəfərin ölümünə səbəb olub. Qəza 12 nəfərin yaralanmasına səbəb olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
