Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kayseridə baş verib.
Qəza zamanı minik avtomobili və mikroavtobus toqquşub. Hadisə zamanı 9 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
