Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Biləcikdə baş verib.
Qəza zamanı minik avtomobili və mikroavtobus toqquşub. Zərbənin təsirindən idarəetməni itirən sürücü piyadanı vurub. Yaralı piyada xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
