Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Hatayda baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Zərbənin nəticəsində motosiklet tarlaya aşıb. Hadisə zamanı motosikletin 18 yaşlı sürücüsü həyatını itirib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
