Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza İspartada baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşdu. Hadisə zamanı motosikletin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə anı təhlükəsizlik kameralarında qeydə alınıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
