Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Şanlıurfada baş verib.
Hadisə zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı 2 nəfər ölüb. Avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
