Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Malatyada baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı motosikletin 71 yaşlı sürücüsü həyatını itirib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
