Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza İstanbulda baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı motokuryer yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
