Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Hatayda baş verib.
Qəza zamanı minik avtomobili və təcili yardım avtomobili toqquşub. Hadisə zamanı xasarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
