Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Adıyamanda baş verib.
Qəza zamanı minik avtomobili və təcili yardım avtomobili toqquşub. Hadisə zamanı 8 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
