Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bursada baş verib.
Qəza zamanı minik avtomobili və traktor toqquşub. Zərbənin nəticəsində minik avtomobilində yanğın baş verib. Hadisə zamanı ana və qızı yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib.Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
