Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Aksarayda baş verib.
Qəza zamanı minik avtomobili və velosiped toqquşub. Hadisə zamanı velosipedin 12 yaşlı sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Minik avtomobilinin sürücüsü ərazidən qaçıb. Qaçan sürücü polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
