Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Boluda baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 1 nəfərin yaralanmasına səbəb olub. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Yük maşının sürücüsü isə polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
