Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza İzmirdə baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 8 nəfərin yaralanmasına səbəb olub. Yaralılardan biri 5 aylıq körpədir. Bir yaralanın vəziyyəti isə ağırdır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
