Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Tekirdağda baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Hadisə zamanı minik avtomobilinin 21 yaşlı sürücüsü ölüb. Yük maşının sürücüsü polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
