Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Eskişeherdə baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Zərbənin nəticəsindən yük maşını aşıb. Hadisə zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
