Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Qaziantepdə baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Hadisə zamanı yük maşını aşıb. Yük maşının sürücüsü qəzada həyatını itirib. Minik avtomobilinin sürücüsü ağır yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
