Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Adıyamanda baş verib.
Qəza zamanı minik avtomobili velopsiped sürəni vurub.Velosiped sürən yaralı şəkildə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.Minik avtomobilinin sürücüsü polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
