Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza İspartada baş verib.
Qəza zamanı minik avtomobili yaşlı qadını vurub. Hadisə zamanı qadın yaralanıb.O dərhal xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü ərazidən qaçıb. Polis qəza ilə bağlı araşdırmalara və onun axtarışına başlayıb.
//Nəzər.Media
