• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycan” yazısı silindi - FOTOLAR

24 Oktyabr, 25 / 22:13
A A
Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycan” yazısı silindi - FOTOLAR

Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi binanın fasadındakı xatirə lövhəsi vandalizm hərəkətinə məruz qalıb.

Barelyefdəki kiril qrafikasında olan “Azərbaycanın” yazısının üzəri ağ markerlə cızılıb və yazı oxunmaz hala gətirilib.

Ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov APA-nın yerli bürosuna fakt barəsində məlumatlı olmadığını deyib.

APA-nın yerli bürosu məsələ barədə Azərbaycanın Gürcüstandakı səfirliyini də məlumatlandırıb. Səfirlikdən bildirilib ki, məsələ nəzarətə götürülüb və barelyefdəki yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1998-ci ilin oktyabrında açılıb. Son illərdə yerləşdiyi bina qəzalı olduğundan muzey fəaliyyət göstərmir. Ötən il Azərbaycan tərəfinin və Tbilisi meriyasının dəstəyi ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri aparılıb. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə muzeyin bərpası nəzərdə tutulub.

//APA

Previous Post

Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə 1-ci BMT Regional Turizm Konfransı keçirilib

Next Post

Mahirə görə iclas oldu - Niyə oynamır?

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.