• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

01 Sentyabr, 26 / 19:37
A A
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərində xüsusi iqtisadi zonaları, istehsal güclərini, bazarları və logistika şəbəkələrini birləşdirəcək ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib.

Nəzər.Media Trend-ə istinadən xəbər verir ki, təklif Bişkekdə keçirilən ŞƏT-in 25 illik yubiley sammitində irəli sürülüb.

Mirziyoyev bildirib ki, təklif olunan xəritə biznes, investorlar və dövlət qurumları üçün vahid rəqəmsal platforma kimi fəaliyyət göstərməli, sənaye imkanlarının müəyyənləşdirilməsinə, istehsalçıların bazarlarla əlaqələndirilməsinə və ŞƏT ölkələrində investisiya layihələrinin həyata keçirilməsinə yardım etməlidir.

“Əsas məqsəd investisiyaların, texnologiyaların və biliklərin sərbəst hərəkət edə biləcəyi, iri infrastruktur və sənaye layihələrinin həyata keçirilə biləcəyi, regionlar, müəssisələr və insanlar arasında birbaşa əlaqələrin genişlənə biləcəyi qarşılıqlı əlaqə və dayanıqlı məkanın yaradılması olmalıdır”, – deyə dövlət başçısı bildirib.

Bu təşəbbüs Özbəkistanın qarşılıqlı əlaqəsi yüksək və dayanıqlı iqtisadi məkanın yaradılmasına yönəlmiş uzunmüddətli “ŞƏT-2040” konsepsiyasının hazırlanması ilə bağlı daha geniş təklifinin bir hissəsidir.

Mirziyoyev həmçinin ŞƏT-in Hökumət Başçıları Şurasına ŞƏT İnkişaf Bankının praktiki fəaliyyətə başlaması ilə nəqliyyat, energetika, sənaye əməkdaşlığı və rəqəmsal infrastruktur sahələrində həyata keçiriləcək layihələr portfelinin seçiminə başlamağı təklif edib.

Previous Post

Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib

Next Post

“Liverpul” 18 yaşlı qapıçı transfer edir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.