Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən, 25–27 iyul tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turniri keçiriləcək.
Azərbaycan bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.
BCF Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Kişilər
-60 kq
Balabəy Ağayev
Turan Bayramov
-66 kq
Elşən Əsədov
