Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Yalovada baş verib.
Qəza zamanı minik avtomobili və motosikleti toqquşub. Hadisə zamanı motosikletin sürücüsü minik avtomobilinin ön şüşəsinə çırpılıb. Qəza motosiklet sürücüsünün yaralanmasına səbəb olub. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdımalara başlanılıb.
//Nəzər.Media
