Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bursada baş verib.
Qəza zamanı motosiklet taksi fəaliyyəti ilə məşğul olan avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə anı təhlükəsizlik kameralarında qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
