• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Müəllim fərqli siniflərə eyni otaqda dərs keçir - Təhsil İdarəsindən REAKSİYA

02 Oktyabr, 25 / 14:50
A A
Müəllim fərqli siniflərə eyni otaqda dərs keçir - Təhsil İdarəsindən REAKSİYA

Qəbələnin Tikanlı kəndində yerləşən tam orta məktəbdə I və II sinif şagirdləri eyni sinif otağında dərs alırlar.

Valideynlərin sözlərinə görə, müəllim ilk 22 dəqiqəni birinci siniflə, növbəti 22 dəqiqəni isə ikinci sinif şagirdləri ilə keçirir. Bu vəziyyət isə valideynlərin narazılığına səbəb olub.

Valideynlər bildirirlər ki, məktəbdə kifayət qədər sinif otağı və müəllim heyəti olduğu halda, iki müxtəlif sinfin bir yerdə dərs keçməsi doğru deyil. Onların fikrincə, bu yanaşma uşaqların dərsi mənimsəməsində çətinlik yaradır.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ibtidai siniflərdə şagird sayı 10-dan az olduqda həmin siniflər birləşdirilmiş şəkildə komplekt sinif kimi təşkil edilir. Bu qaydaya görə, birləşdirilmiş siniflərdə ümumi şagird sayı 18 nəfəri keçməməlidir:

“Tikanlı kənd məktəbində hazırda I sinifdə 9, II sinifdə də 9 şagird təhsil alır. Bu da komplekt sinif yaradılması üçün nəzərdə tutulan normativlərə tam uyğundur”.

Təhsil idarəsi əlavə edib ki, bu cür siniflərdə dərs prosesi xüsusi təlim metodikasına əsasən həyata keçirilir.

//milli.az

Previous Post

"Oğlum Elvinlə VİDEOma görə bütün otağı dağıtdı"

Next Post

Minik avtomobili və motosiklet toqquşdu: 1 yaralı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.