
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı.
Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur.

Fotoda Zahid Xəlilov
Nəsimi rayonunda 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirdə icra başçısını Zahid Xəlilov əvəz edib.
Xatırladaq ki, hazırda Nəsimi RİH-də rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilovdur. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri – baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcra başçısının digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gəldikdən sonra işdən çıxarmışdı.
//milli.az
