• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Nəzərbəy Hacıağayev: Dünəndən bəri yaşanan proseslər xeyrimizə işləyir-KÖŞƏ

03 Yanvar, 26 / 16:03
A A
Nəzərbəy Hacıağayev: Dünəndən bəri yaşanan proseslər xeyrimizə işləyir-KÖŞƏ

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Dünya sözün həqiqi mənasında bölüşdürülür. Rusiyanın zəifləməsi fonunda ABŞ Venesuela başda olmaqla ətrafındakı dövlətlərdə nəzarəti ələ keçirir. Birinci versiya ondan ibarətdir ki, Tramp Rusiyanın Ukrayna müharibəsinə başının qarışmasından və zəifləməsindən istifadə edir. Əvvəlcə öz bölgəsində mütləq hakimiyyəti ələ keçirir, daha sonra isə digər bölgələrə yayılmağa çalışacaq.

İkinci versiya isə ondan ibarətdir ki, ABŞ, Rusiya və Çin artıq razılaşıb. Bu razılaşmaya əsasən, ABŞ öz ətrafını özünə tabe edəcək və Rusiyanın səsi çıxmayacaq. Rusiya Ukraynanı öz nəzarətinə alacaq və ABŞ müdaxilə etməyəcək. Çin isə Tayvan məsələsində ərazi bütövlüyünü bərpa edəcək və ABŞ bu prosesə qarışmayacaq.

Təsadüfi deyil ki, Zelenski xalqa Yeni il müraciətində bildirib ki, sülh müqaviləsi 90 faiz hazırdır. Görünən odur ki, Zelenski də Rusiyanın bu münaqişədə arzuladığı ssenari ilə artıq razılaşdırılıb — özünün dediyi kimi, 90 faiz.

Ancaq bu proses yenə də ABŞ-ın istədiyi kimi nəticələnir. Çünki Rusiya Ukrayna münaqişəsindən qalib çıxsa belə, dünya nəhəngi imicini rəsmən itirir. Artıq Rusiya qlobal gücdən bir pillə aşağı düşərək regional gücə çevrilir. Rusiyanın üstünlüyü yalnız Ukrayna üzərində qalacaq.

Nəticədə isə yenə qalib ABŞ olacaq. ABŞ həm öz bölgəsində söz sahibi olacaq, həm də Rusiyanın və Çinin ətrafında müttəfiqlər formalaşdıracaq. Son zamanlar Rusiya və Çinin ən təbii müttəfiqi olan İran ətrafında gedən söz-söhbətlərin səngiməməsi də diqqət çəkir. İranda baş verən hadisələr fonunda Pəhləvi ailəsinə aid fotoların sosial şəbəkələrdə tez-tez paylaşılması ABŞ-ın yeni hədəfinin haraya yönəldiyini açıq şəkildə göstərir.

Yeni Venesuelada həyata keçirilən əməliyyat bütün dünyaya, o cümlədən də regionumuza təsir edəcək. İrana mümkün müdaxilələr isə ölkənin parçalanmasına səbəb ola bilər. Deyərdim ki, 1945-ci ildən sonra yenidən birləşmək üçün tarixi şans yaranacaq. Amma bu dəfə daha güclü əsaslarla.

Səbəb ondan ibarətdir ki, o dövrdə Azərbaycanın özü belə müstəqil deyildi. İndi isə müstəqil dövlətimiz var və müstəqil qərarlar qəbul etmək imkanına malikik. Proses bəlkə də onillikləri əhatə edəcək, amma sonda nəticə əldə olunacaq.

Əvvəlcə Cənubi Azərbaycan Respublikası yaranacaq. Daha sonra Azərbaycan Respublikasının adı dəyişdirilərək Şimali Azərbaycan Respublikası olacaq. Son mərhələdə isə hər iki ölkə referendum keçirərək Azərbaycan Respublikası adı altında birləşəcək. İlk illərdə bu iki respublikanın federativ dövlət formasında birləşəcəyini də istisna etmirəm.

Yəni bu gün baş verən hər bir hadisə, dünəndən bəri yaşanan proseslər xeyrimizə işləyir.

Nəzərbəy Hacıağayev, siyasi şərhçi, Nəzər.Media informasiya portalının Baş redaktoru

Previous Post

Maduro və həyat yoldaşı ələ keçirildi - Tramp

Next Post

Maduronun saxlanılandan sonra ilk FOTOsu yayıldı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.