• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Zirədə qalib müəyyənləşmədi-YENİLƏNİB-6

03 Oktyabr, 25 / 21:30
A A
"Zirə" "Neftçi"ni qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Zirə”-“Neftçi” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular-“Zirə”-“Neftçi”-2:2

xxxx

Oyunun 90+10-cu dəqiqəsində “Zirə” azlıqda qaldı. Komandanın heyətində Ayron Qomis ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-“Zirə”-“Neftçi”-2:2

xxxx

Oyunun 90+8-ci dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atdı-“Zirə”-“Neftçi”-2:2

xxxx

Oyuxun 87-ci dəqiqəsində Bassala Sambu “Neftçi”nin iknci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Zirə”-“Neftçi”-1:2

xxxxx

Oyunun 66-cı dəqiqəsində Freddi Varqas “Neftçi”nin bərabərlik topuna imza atdı-“Zirə”-“Neftçi”-1:1
xxxx
“Zirə”-“Neftçi” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Zirə” 1:0 hesabda irəlidədir
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kopleksinin Stadionu”nda “Neftçi”ni qəbul edir. Keçən tur qələbə qazana bilməyən “Mavi qartallar” bu oyunda nəticə qazanmaq arzusundadır. Uğursuzluq zolağından çıxa bilməyən “ağ-qaralar”da matçda üç xal qazanmaq arzusundadır. Hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşamada artıq oyunun 28-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açdı-“Zirə”-“Neftçi”-1:0

Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.

Şənbə günün günün ilk qarşılaşmasında Azərbaycan futbolu qüruru “Qarabağ” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Köhlən atlar matçda növbəti üç xallarını qazanmaq istəyəcək.Xal üzünə həsrət Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azı məğlub olmamaq üçün əlindən gələni edəcək.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Kimyaçılar” matçda növbəti üç xallarını qazanmağa calışacaq. “Boz qurda” da Sumqayıta üç xal üçün gəlib.

Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Yevlax təmsilçisi matçda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə matçda üç xal üçün çıxacaq.

Günün və turun sonucu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri doğma publika önündə qələbə qazanmağa çalışacaq. “Şamaxı”da matçda üç xal qazanmağı hədəfləyəcək.

Bu gün bir qarşılaşma baş tutub.

Bu görüşdən əvvəl “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “İmişli”ni qəbul edib. Artıq oyunun 33-cü dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“İmişli”-1:0. İlk hissə “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+5-ci dəqiqəsində Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“İmişli”-2:0.Bu oyunda vurulan son qol oldu və hər hissəyə bir qol vuran “Araz-Naxçıvan” matçdan 2:0 qalib ayrıldı

Previous Post

Azərbaycanda ilk: Xanım bəyə evlilik TƏKLİF ETDİ - VİDEO

Next Post

Sabah Bakıda 24 dərəcə isti olacaq

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.