Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Şamaxı”nı qəbul edəcək. “Ağ-qaralar”la “Şirlər”in görüşünü Tural Qurbanov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Neftçi”nin start heyəti:
1. Emil Balayev(GK)
8. Emin Mahmudov (C)
15. Elvin Bədəlov
7. Emil Səfərov
77. Falaye Sako
6. Sessi Dalmeyda
5. İqor Ribeyro
33. Breno Almeyda
11. İmad Faraj
10. Freddi Varqas
22. Luis Ortis
“Neftçi”nin ehtiyat oyunçuları:
13. Kenan Piriç(GK)
81. Məhdi Həsənov
4. Elvin Camalov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanskiy
14. Edvin Kuç
24. Mustafa Sek
18. İfeanyi Metyu
70. Andrey Ştoqrin
23. Cordan Rezabala
28. Alessio Kurçi
“Neftçi”nin baş məşqçisi:Yuri Vernidub
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes(GK)
5. Arsen Ağcabəyov (C)
2. Abdulla Rzayev
97. Oruc Məmmədov
82. Rüfət Abbasov
9. Karim Rossi
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
8. Alfons Msanqa
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
7. Edqar Adilxanov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
10. Andrey Tirkoveanu
88. Rodriqo Fernandeş
19. Abdullahi Şuaybu
“Şamaxı”nın baş məşqçisi:Ayxan Abbasov
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun ilk görüşündə “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“İmişli”-“Zirə”-0:0. Görüşün ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“İmişli”-“Zirə”-0:0.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Sabah”-“Kəpəz”-0:0. Oyunun 46-cı dəqiqəsində “Kəpəz” Rəhman Hacıyevin qolu ilə hesabı açıb-“Sabah”-“Kəpəz”-0:1. Bu oyunda vurulan son qol olub və “Kəpəz” matçdan 0:1 qalib ayrıldı.
Dünən iki qarşılaşma baş tutub
Günün ilk qarşılaşamasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 29-cu dəqiqəsində “Qarabağ” Kadi Borgesin qolu ilə hesabı açıb-“Qəbələ”-“Qarabağa”-0:1. İlk hissə “Qarabağ”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində İsmail Akinade “Qəbələ”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“Qarabağ”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqləndiyi qarşılaşmada bir xala qane oldular.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 45+2-ci dəqiqəsində “Sumqayıt” Aleksandır Ramalinqomun qolu ilə hesabı açıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:0. İlk hissə “Sumqayıt”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 63-cü dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb.-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:1. Oyunun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan”ın heyətində Rahil Məmmədovun avtoqolu ilə “Sumqayıt” ikinci topa imza ataraq hesabda önə çıxıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-2:1. Bu oyunda vurulan son qol oldu və “Sumqayıt” matçdan 2:1 qalib ayrıldı.
