Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Sabah”-“Neftçi” oyunu başa çatdı. Gərgin keçən matç 2:0 “Sabah”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 70-ci dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atdı-“Sabah”-“Neftçi”-2:0
xxxx
Oyunun 58-ci dəqiqəsində “Sabah” Akim Zedadkanın qolu ilə hesabı açdı-“Sabah”-“Neftçi”-1:0
xxx
Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura star verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arean”da “Neftçi”ni qəbul edir. Hər iki komanda meydana üç xal üçün çıxıb. Hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada artıq oyunun ilk hissəsi arxada qaldı.İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilmədi-“Sabah”-“Neftçi”-0:0
Turun digər görüşləri Çərşənbə axşamı keçiriləcək. Çərşənbə axşamı günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matçda növbəti üç xalını qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasında Şənbə günü star verilib. Açılış günündə bir qarşılaşma baş tutub.
Turun açılış və günün yeganə qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 31-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açıb-“Zirə”-“Qarabağ”-1:0. Oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Zirə”nin heyətində Enrike Kustodionun avtoqolu ilə hesabı bərabərləşdirib-“Zirə”-“Qarabağ”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Zirə”-“Qarabağ”-1:1. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir qol vurmaqla bir xala qane olub-“Zirə”-“Qarabağ”-1:1.
Dünən bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Qarşılaşmanın ilk hissəsi başladığı hesabla bittib-“Karvan-Yevlax”-“Şamaxı”-0:0. Oyunun 59-cu dəqiqəsində “Şamaxı” Oruc Məmmədovun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:1. Oyunun 70-ci dəqiqəsində Karim Rossi “Şamaxı”nın ikinci topua imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:2. Oyunun 82-ci dəqiqəsində Dioqo Balau “Şamaxı”nın üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:3. Bu oyunda vurulan son qol olub və “Şamaxı” matçda üç xalı üç cavabsız qolla qazanıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:3.
Bu gün bir görüş baş tutacaqdı
Bu görüşdən əvəl “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Görüş 23-cü dəqiqədən dumanlı hava səbəindən təxirə salınıb.
