• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Neftçi" növbəti qələbəsini qazandı-YENİLƏNİB-5

15 Mart, 26 / 19:56
A A
"Neftçi" növbəti qələbəsini qazandı-YENİLƏNİB-5

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Qəbələ”-“Neftçi” oyunu başa çatdı. Matç 1:3 “Neftçi”nin xeyrinə başa çatdı.

xxxx

Oyunun 77-ci dəqiqəsində Murad Məmmədouv “Neftçi”nin üçüncü topuna imza atdı-“Qəbələ”-“Neftçi”-1:3

xxxx

Oyunun 69-cu dəqiqəsində Emin Mahmudov penaltidən “Neftçi”nin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Qəbələ”-“Neftçi”-1:2

xxxx

Oyunun 22 dəqiqəsində Bassala Sambu “Neftçi”nin bərabərlik topuna imza atdı-“Qəbələ”-“Neftçi”-1:1
xxxxx
Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edir. “Qırmızı-qaralarla” “Ağ-qaralar”ın görüşününi Elçin Məsiyev idarə edir. Artıq oyunun 19-cu dəqiqəsində “Qəbələ” Seydina Keytanın penaltidən qolu ilə hesabı açdı-“Qəbələ”-“Neftçi”-0:1

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turuna Cümə günü start verilib. Açılış günün də iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 37-ci dəqiqəsində “Araz-Naxçıvan” Hamidu Keytanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-1:0. Oyunun 40-cı dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-2:0. İlk hissə “Araz-Naxçıvan”ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 51-ci dəqiqəsində Kayl Spens qolu ilə “Araz-Naxçıvan” hesab arasındakı fərqi azaldıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax”-2:1. Gərgin keçən matç 2:1 “Araz-Naxçıvan”ın xeyrinə başa çatıb.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0. Oyunun 78-ci dəqiqəsində “Şamaxı” Karrim Rossinin qolu ilə hesabı açdı-“Sumqayıt”-“Şamaxı”-0:1. Bu görüşdə vurulan yeganə qol olub və “Şamaxı” matçdan 0:1 qalib ayrılıb.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edib. Artıq 10-cu dəqiqəsində “Sabah” Stiv Solvetin qolu ilə hesabı açıb-“İmişli”-“Sabah”-0:1. Oyunun 15-ci dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atıb-“İmişli”-“Sabah”-0:2. Oyunun 35-ci dəqiqəsində Coy Lens Mikels dubl edərək özünün ikinci və “Sabah”ın üçüncü topuna imza atıb-“İmişli”-“Sabah”-0:3. İlk hissə “Sabah”ın 0:3 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 49-cu dəqiqəsində Kahim Parris “Sabah”ın dördüncü topuna imza atıb-“İmişli”-“Sabah”-0:4.Oyunun 73-cü dəqiqəsində Aleksey İsayev “Sabah”ın beşinci topuna imza atıb-“İmişli”-“Sabah”-0:5. Bu matçda vurulan son qol oldu və “Sabah” rəqibini 0:5 darmadağın edib.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 22-ci dəqiqəsində Joni Montielin qolu ilə hesabı açıb-“Zirə”-“Qarabağ”-0:1. İlk hissə “Zirə”nin 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 55-ci dəqiqəsində Kamilo Duran “Qarabağ”ın ikinci topuna imza atıb-“Zirə”-“Qarabağ”-0:2. Oyunun 70-cı dəqiqəsində Ceyhun Nuriyev qolu “Zirə” ilə hesab arasındakı fərqi azaldıb-“Zirə”-“Qarabağ”-1:2.Oyunun 72-ci dəqiqəsində Kadi Borqes “Qarabağ”ın üçüncü topuna imza atıb-“Zirə”-“Qarabağ”-1:3. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” matçdan 1:3 qalib ayrıldı.

Bu gün bir qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Turan Tovuz”-0:0.Oyunun 55-ci dəqiqəsində “Kəpəz” Rəhman Hacıyevin qolu ilə hesabı açıb-“Kəpəz”-“Turan Tovuz”-1:0. Oyunun 61-ci dəqiqəsində “Turan Tovuz”un bərabərlik topuna imza atıb-“Kəpəz”-“Turan Tovuz”-1:1. Bu oyunda vurulan son qol oldu tərəflər hərəyə bir qol vuraraq bir xala qane oldu-“Kəpəz”-“Turan Tovuz”-1:1

 

Previous Post

Yəmən ABŞ və İsraili bunla HƏDƏLƏDİ

Next Post

“İstedadların seçimi” yarışının II turu başa çatıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.