Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Elazığda baş verib.
Qəza zamanı nişan mərasimindən qayıdan avtomobil aşıb. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 4 nəfərin yaralanmasına səbəb olub. Hadisə zamanı yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
