ABŞ-da bıçaqlı hücum baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib.
Bir qadın “Times” meydanında iki nəfəri bıçaqlayıb. Polis qadının silahı yerə qoymaq tələbinə əməl etmədiyi üçün ona atəş açıb. Qadın aldığı güllə yarasından ölüb. Hücuma məruz qalan qadın da həyatını itirib, yaralanan kişi isə xəstəxanaya yerləşdirilib.
//Nəzər.Media
