Bu gün III MDB Oyunlarında mübarizə aparan oğlan voleybolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib. Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmada millimizin rəqibi Özbəkistan komandası olub. Oyun rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda isə Belarus yığması Qırğızıstan komandasını 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 4-də Rusiya millisinə qarşı keçirəcək.
III MDB Oyunları
Oyunun nəticəsi
2 oktyabr
Belarus – Qırğızıstan 3:1 (25:22, 25:18, 27:29, 25:16)
Azərbaycan – Özbəkistan 0:3 (20:25, 20:25, 24:26)
