• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

“Onlara səhv etmək imkanı verməliyik” - Nazir

29 Sentyabr, 25 / 23:09
A A
“Onlara səhv etmək imkanı verməliyik” - Nazir

“Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verməliyik”.

Nəzər.Media “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşması erkən yaşlardan başlamalıdır:

“Sahibkarlıq yalnız ali təhsillə məhdudlaşmır, bunun təməli uşaq bağçasından və ibtidai sinifdən qoyulmalıdır. Risk götürmək, innovativ düşünmək – bunlar bilik və bacarıq deyil, münasibət məsələsidir. Bu münasibət valideynlərdən, məktəbdən, dostlardan, ümumi mühitdən formalaşır. Mənim şəxsi təcrübəm də bunu göstərir. Xaricdə magistr təhsili alanda ilk günlərdə fərqli düşüncə tərzinə uyğunlaşmaq çətin idi. Bu, bilik deyil, münasibət problemidir. Əgər insan belə mühitdə böyüməyibsə, birdən-birə ondan innovasiya gözləmək olmaz”, – nazir əlavə edib.

E.Əmrullayev qeyd edib ki, məktəb səviyyəsində uşaqlara funksional savadlılıq – riyazi və verbal bacarıqlar, eyni zamanda fikir bildirmək, səhv etmək və səhvlərdən öyrənmək imkanı verilməlidir:

“Bizdə mədəniyyət olaraq səhv üçün çox az yer var. Halbuki sahibkarlıqda səhv etmək təbiidir və bu, qorxulu olmamalıdır. Əgər məktəbdə müəllimlər şagirdlərə belə bir mühit yaratsalar, bir neçə ildən sonra risk götürən gənclər universitetlərdə özlərini göstərəcəklər”.

Previous Post

“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?"

Next Post

UEFA İsraillə bağlı qərar verdi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.