• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Onların əsgərlik müddəti qısaldıla bilər

24 Dekabr, 25 / 12:41
A A
Onların əsgərlik müddəti qısaldıla bilər

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

“Türkiyə, Cənubi Koreya və İsrail kimi ölkələrdə həkimlər üçün tətbiq olunan müasir hərbi xidmət modeli beynəlxalq təcrübəyə uyğundur və bu yanaşmanın Azərbaycanda da nəzərdən keçirilməsi məqsədəuyğun olardı”.

Bunu Deputat Rəşad Mahmudov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və peşə ixtisaslarına uyğun şəkildə təşkil edilir ki, bu da klassik çağırış sistemindən daha səmərəli peşəkar xidmət modelinə keçid imkanı yaradır. Deputat vurğulayıb ki, bu cür dəyişikliklər qanunvericilikdə də əksini tapmalıdır.

Rəşad Mahmudov qeyd edib ki, təklifin əsas məqsədi hər hansı bir qrupa güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha rasional formada qarşılamaqdır. Bu yanaşma nəticəsində ordu real tibbi xidmət əldə edəcək, dövlət isə yüksək ixtisaslı kadrlarını itirmədən könüllülük və motivasiya prinsiplərini gücləndirmiş olacaq.

O, statistik məlumatlara da diqqət çəkərək bildirib ki, tibb təhsili alan gənclərin xaricə üz tutmasının əsas səbəblərindən biri peşə bacarıqlarını itirməmək istəyidir. Statistikaya əsasən, onların çox az hissəsi hərbi xidmətə cəlb olunur, böyük əksəriyyəti isə xarici ölkələrdə təhsilini və fəaliyyətini davam etdirir.

Deputat hesab edir ki, bu məsələ gələcəkdə aidiyyəti dövlət qurumları səviyyəsində ciddi şəkildə müzakirə olunmalıdır. Onun fikrincə, irəli sürülən dəyişikliklər həm milli təhlükəsizlik maraqlarına, həm səhiyyə sisteminin davamlı inkişafına, həm də müasir dövlət idarəçiliyinin prinsiplərinə tam uyğun gəlir.

//milli.az

Previous Post

Leyla Əliyeva və Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər - FOTOLAR

Next Post

Türkiyədə müalicə olunan qazi vəfat etdi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.