• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Mədəniyyət

“Ora kim təyin olunsa da, fərq etmir”

25 Oktyabr, 25 / 14:51
A A
“Ora kim təyin olunsa da, fərq etmir”

Qurban Pirimov “Azərbaycanfilm” kinostudiyasına direktor təyin edildikdən sonra ölkədə kino sahəsindəki problemlər yenidən diqqət mərkəzinə düşüb.

Mövzu ilə bağlı danışan Xalq artisti Rasim Balayev yeni təyinatdan heç bir gözləntisinin olmadığını deyib.

“Bu təyinatların yerini dəyişməklə heç nə dəyişməyəcək. Vəlinin yerinə Əlini qoysunlar, yenə də nəticə eyni olacaq. Əgər təyin olunan direktorun əlində real səlahiyyət, yetərli güc yoxdursa, o nə edə bilər ki? Kinomuzu dirçəltmək istəyiriksə, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Ora kifayət qədər maliyyə ayrılmalıdır.

Mədəniyyət Nazirliyinə böyük məbləğdə vəsait verilib, amma hələ də Kinostudiyaya bir film belə sifariş edilməyib. Neçə ildir ki, Kinostudiyanın rəhbərliyini tez-tez dəyişirlər, amma nəticə yoxdur, heç bir real dəyişiklik müşahidə olunmur. Ora kim təyin olunsa da, fərq etmir. Elə bir idarəetmə strukturu yaradılmalıdır ki, ora rəhbərlik edən şəxs həmin qurumu işlədə, inkişaf etdirə bilsin. Təəssüf ki, hazırda belə bir struktur mövcud deyil”.

Xatırladaq ki, təkcə ötən il Kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar. “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.

Qeyd edək ki, yeni rəhbər Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.

//Yeni müsavat

Previous Post

"Araz-Naxçıvan" "Sabah"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

Kirayə mənzil qiymətləri artacaq - AÇIQLAMA

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.