• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır - FOTO

29 Sentyabr, 25 / 14:07
A A
Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün “Gülüstan” sarayında Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toyu olub.

Nəzər.Media unikal.az-a istinadən xəbər verir ki, sənətçinin oğul nəvəsi 25 yaşlı Zeynəb Babayeva Tamerlan adlı bəylə ailə həyatı qurub. O, Milli Məclisdə işləyir.

Z.Babayevanın atası Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

R.Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.

2001-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub. 2012-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Komitə sədrinin müavini təyin edilib.

2018-ci ildən etibarən isə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində işləyir.

Ramin Babayev Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir.

Previous Post

“Qarabağ”-“Kopenhagen” matçını məşhur türk hakim idarə edəcək

Next Post

Artım yalnız elektrik və CNG avtobuslara aiddir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.