Türkiyə musiqisinin sevilən adlarından olan Özcan Dəniz dünən axşam İstanbuldakı konsertində söylədiyi sözlərlə gündəmə damğa vurub.
Məşhur sənətçinin emosional çıxışı pərəstişkarlarını narahat edib.
30 ilə yaxın karyerası ərzində saysız-hesabsız hit mahnı, serial və filmlərlə milyonların sevgisini qazanan Dəniz səhnədə vida tonlu açıqlama verib:
“Həyat məni heç vaxt istəmədiyim yerlərə sürükləyir. Arzuolunmaz hadisələrin baş vermə ehtimalı yüksəkdir. Ola bilər ki, məni bir daha görməyəsiniz. 30 ildir yanımda olduğunuz üçün sizə sonsuz təşəkkür edirəm”, – deyə müğənni bildirib.
Qeyd edək ki, son dövrlərdə Özcan Dəniz sənət fəaliyyətindən çox şəxsi həyatı ilə gündəmdədir. Onun hazırda qardaşı Ercan Dənizlə ailəvi problemlər yaşadığı bildirilir.
//milli.az
