Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanına səfər edib. Nəzər. Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, paytaxt Ər Riyyada Yamame sarayında iki ölkənin nümayəndə heyətlərinin və liderlerin təkbətək görüşü baş tutub.
Səfər zamanı Pakistanın Baş naziri Şahbaz Şəriflə Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman arasında hərbi strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən bir ölkəyə edilən hücum, digər ölkəyə edilən hücum kimi qəbul ediləcək.
İngiltərənin “Qardiyan” qəzetinin jurnalisti Səudiyyə Ərəbistanın nümayəndəsinə “Bu müqaviləyə əsasən Pakistan Səudiyyə Ərəbistanına nüvə silahı ilə dəstək verəcək ?” sualını yönləndirilib. Səudiyyə Ərəbistanın nümayəndəsi cavabında bildirib ki, müqavilə hərbin bütün sahələrini əks edir.
//Nəzər.Media
