Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən, 11–13 oktyabr tarixlərində Perunun paytaxtı Limada Qran-Pri turniri keçiriləcək.
Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 49 ölkədən 293 idmançı (172 kişi, 121 qadın) iştirak edəcək.
Heyəti təqdim edirik:
Kişilər
-60 kq
Turan Bayramov
Əhməd Yusifov
-66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev
-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
-81 kq
Vüsal Qələndərzadə
Ömər Rəcəbli
-90 kq
Vüqar Talıbov
Murad Fətiyev
-100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov
+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva
İdmançılarımıza uğurlar arzulayırıq!
